Məşhur futbolçu karyerasını bitirdi

meshur-futbolcu-karyerasini-bitirdi
Oxunma sayı: 1578

ABŞ çempionatında (MLS) “Nyu-York Siti” klubunun formasını geyinən məşhur italyan futbolçu Andrea Pirlo karyerasını bitirib.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi qərarını sosial mediada açıqlayıb və onu dəstəkləyən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, karyerasına “Breşiya”da başlayan Pirlo, “İnter”, “Milan” və “Yuventus” formalarını da geyinib. O, “Milan”la Çempionlar Liqası,İtaliya millisi ilə dünya çempionluğu və bir sıra mükafatlar qazanıb.