Məşhur aktrisa vəfat edib

meshur-aktrisa-vefat-edib
Oxunma sayı: 3207

Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey  97 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, aktrisa Kaliforniyada öz evində keçinib. 60-a yaxın filmdə çəkilən aktrisa son dəfə 2009-cu ildə rol alıb.  N.Fabrey karyerası ərzində üç “Emmi” və “Tonu” mükafatlarına layiq görülüb.

1960-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub.  1986-cı ildə isə  N. Fabrey ABŞ kino aktyorlarının Qildiya mükafatına layiq görülüb.xx