Məşhur idman şərhçisi vəfat etdi

meshur-idman-serhcisi-vefat-etdi
Oxunma sayı: 888

Rusiyanın populyar idman şərhçici və keçmiş futbolçu Vladimir Pereturin 79 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun “R-Sport”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistin dostları məlumat verib. 

Onun ölüm səbəbi məlum deyil.

V. Pereturin iki dəfə insult keçirib və son 5 ildə yataq xəstəsi olub. 

Qeyd edək ki, Vladimir Pereturin 1980-ci ildən “Futbolnoe obozrenie” televerilişini aparıb. Proqramın 900 buraxılışı efir üzü görüb.