Məşhur idmançı karyerasını 29 yaşında bitirdi

meshur-idmanci-karyerasini-29-yasinda-bitirdi
Oxunma sayı: 1740

Polşalı tennisçi Aqnyeşka Radvanska idman karyerasını bitirdiyni açıqlayıb.

“Qafqazinfo” “Aanadolu” agentliyinə istinadən xəbər verir ki, 29 yaşlı raketka ustası ardıcıl zədələr ucbatından bu addımı atıb:

“Təəssüf ki, böyük həvəslə idman edə bilmirəm. Artıq bədənim istədiklərimi etməyə imkan vermir. 13 ildir professional olaraq oynadığm tennisdən gedirəm”.

Qeyd edək ki, karyerasında 20 turnirdə qalib gələn Radvanska 2015-ci ildə “Böyük Dəbilqə” seriyasının çempionu olmuşdu. Bir ara dünya reytinqində 2-ci pilləyə qədər yüksləmişdi.