Məşhur idmançı saxlanılıb

meshur-idmanci-saxlanilib
Oxunma sayı: 653

Amerikalı qolf ustası Tayger Vuds həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, Florida ştatının Jupiter şəhərində qeydə alınıb. Vuds içkili vəziyyətdə avtomobil idarə etdiyi uçun saxlanılıb. Onun 7 saat bölmədə saxlanıldığı bildirilib.

Qeyd edək ki, Tayqer Vuds sonuncu dəfə 2015-ci ilin avqustunda yarışlarda iştirak edib.