Məşhur kanalın adı dəyişəcək

meshur-kanalin-adi-deyisecek
Oxunma sayı: 1995

Bir müddətdir satılacağı barədə məlumatlar gəzən Türkiyənin “NTV Spor” kanalı ilə bağlı yeni iddia gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış jurnalist Məsut Yar kanalın “Discovery Channel” media qrupuna satılacağını bildirib.

O, “Posta” qəzetindəki köşə yazısında kanalın adının dəyişdiriləcəyini və yeni adının “D-MAX” olacağını qeyd edib:

“Təxminən 1 ay əvvəl ““NTV Spor” satılır” adlı yazı yazmışdım. Yeni ilə girdikdən sonra bəzi dostlarım “Sənin xəbər yalan oldu” demişdilər və mən gülümsəmişdim. Artıq dünən kanalın “Discovery Channel”ə satılacağı məlumatını aldım. Xeyirli olsun”.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.