Məşhur klubun prezidenti Bakıda

meshur-klubun-prezidenti-bakida
Oxunma sayı: 643

“Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Hafiz Məmmədov açıqlama verib. Klub rəhbərinin verdiyi açıqlamaya görə, İspaniya klubunun nümayəndələri “Bakı”nın akademiyasından bir neçə futbolçunu seçib, öz akademiyalarına aparacaqlar və bu oyunçulara bir neçə il ərzində futbolun sirrlərini öyrədəcəklər.

Bu məqsədlə də artıq “Atletiko” klubunun prezidenti Enrike Cereso Bakıya gəlib.

Qeyd edək ki, 109 yaşlı “Atletiko” tarixi ərzində 9 dəfə İspaniya çempionluğunu, 9 dəfə “Kral Kuboku”nu, 1 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 2 dəfə Avropa Liqasını, 1 dəfə Kuboklar Kubokunu, 1 dəfə İntertoto Kubokunu, 2 dəfə Avropa Super Kubokunu və 1 dəfə klublararası dünya çempionluğunu qazanıb. Madrid klubu Avrora Liqasının və Avropa Super Kubokunun son qalibidi.