Məşhur komediya serialı efirlə vidalaşır

meshur-komediya-seriali-efirle-vidalasir
Oxunma sayı: 1707


TV 8-də yayımlanan məşhur “Jet Sosyete” serialı ekranla vidalaşır.  “Qafqazinfo” xəbər verir ki, “Survivor – 2019” yarışmasına görə yayım tarixi dəyişdirilən layihə final etmək qərarına gəlib. 

Əvvəlcə, ekran işinin ssenaristi və baş qəhrəmanı Gülse Birsel instaqramda “Jet Sosyete”nin mövsüm finalına ayrılacağını bildirib: “Yeddi həftədir 120 dəqiqəlik bölümlə qarşınıza çıxdıq. Bu həftə çıxmaq şərti ilə mayın ilk günlərinə kimi serialımız yayımlanacaq”. 

G. Birselin sözügedən açıqlamasından sonra Türkiyə KİV-lərində yeni bir iddia ortaya atılıb. Bildirilib ki, reytinqli layihə birdəfəlik tamaşaçılarla sağollaşır.