Məşhur məşqçi Bakıya gələ bilər

meshur-mesqci-bakiya-gele-biler
Oxunma sayı: 647

Azerisport.az xəbər verir ki, onlar hazırda futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçi postuna ən əsas namizədlərdir.

Qrant artıq özü də etiraf edib ki, şimali irlandiyalılar onun son baş məşqçi Naycel Uortinqtonu əvəzləməsində maraqlıdırlar. Hansı ki, bu mütəxəssis AÇ-2012-nin seçmə mərhələsi başa çatan kimi yığmadan istefa vermişdi.

Qeyd edək ki, Qrant artıq bir dəfə Azərbaycan millisi ilə qarşılaşıb. O, 2004-cü ildə İsrail yığmasının baş məşqçisi kimi komandasını millimizlə yoldaşlıq matçına çıxarıb. Lakin Karlos Alberto Torresin çalışdırdığı yığmamız həmin görüşdən 0:6 hesablı yenilgiylə ayrılıb.

Consa gəlincə, o, sadəcə “Wolverhampton” və “Cardiff City”nin sükanı arxasında çalışıb.

Qeyd edək ki, Şimali İrlandiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır.