Məşhur meyxanaçının sürücüsünü döydülər - Fotolar

meshur-meyxanacinin-surucusunu-doyduler-fotolar
Oxunma sayı: 641

Bu barədə məlumatı “Qafqazinfo”ya meyxanaçı özü verib. O bildirib ki, sürücüsü Əli Paşa oğlu Zülfəliyev Nəqliyat Nazirliyinin 6 işçisi tərəfindən döyülüb. Hazırda meyxanaçının sürücüsü Musa Nağıyev adına xəstəxanada müayinə olunur.

“Qafqazinfo” olaraq xətəxanaya baş çəkdik. Döyülən sürücü hadisə ilə bağlı bunları dedi: “Mən şaqma markalı 90-jp-263 dövlət nömrə nişanlı maşınla gəlirdim. Nəqliyyat işçiləri məni saxlayaraq qəbz tələb etdilər. Heç nə soruşmadan idarə etdiyim yük maşınının nömrəsinin qırdılar. Sual verdim ki, niyə belə edirsiz? Ondan sonra məni döyməyə başladılar, ətrafa insanlar yığışdığı üçün onlar bunu görüb avtomobillərinə əyləşib qaçdılar. Özümdə olmadığım üçün bir avtomobilin nömrəsini yadımda saxladım. Onlardan ikisi “Azsamant 90-AK- 716” dövlət nömrə nişanlı maşına minərək qaçdı. Digərlərini isə görə bilmədim”.

Qeyd edək ki, həmin yük maşını meyxanaçıya məxsus olub.