Məşhur aktrisanın əri Notr-Damın bərpasına 100 milyon ayırdı

Məşhur aktrisanın əri Notr-Damın bərpasına 100 milyon ayırdı
Oxunma sayı: 1713

Fransız milyarder Fransua-Anri Pino dünən axşam saatlarında yanan tarixi Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro (113 milyon dollar) ayırıb.

“Qafqazinfo”nun “NDTV” portalına istinadən verdiyi xəbərə görə, “Kerinq” şirkətinin sədri və baş icraçı direktoru, “Gucci”, “Balenciaga”, “Yves Saint Laurent” və digər tanınmış brendlərin rəhbəri kilsənin bərpasına ailəsinə məxsus “Artemis” investisiya şirkəti tərəfindən maliyyə ayırıb.

Qeyd edək ki, milyarder dünyaca məşhur aktrisa Salma Hayekin həyat yoldaşıdır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi