Məşhur milyarderin varisi avtoqəzada həlak oldu

meshur-milyarderin-varisi-avtoqezada-helak-oldu
Oxunma sayı: 641

Lent.az-ın «Life News»-a istinadən məlumatına görə, hadisə Daşkənddə baş verib. O, paytaxa İsveçrədən gələn əmisi qızının toyuna gedibmiş.

Olayı Əlşir Usmanovun həyat yoldaşı İrina Viner də təsdiqləyib. Mənbənin məlumatına əsasən, 29 yaşlı Babur Ə. Usmanovun başlıca varisi sayılırmış. Ondan başqa özbək milyaderin oğulluğu Anton Viner də varisliyə iddiaçı sayılır.

«Life News»-un xatırlamasına əsasən, Babur 2009-cu ildə Özbəkistanın baş naziri Şövkət Mirzəyevin yegəni Diyarə ilə evlənib. Cütlük daha çox İsveçrədə yaşayırmış.