Məşhur milyarderin vəsiyyəti kasıbları xoşbəxt etdi

meshur-milyarderin-vesiyyeti-kasiblari-xosbext-etdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, dünyanın ən istedadlı, ekstravaqant və məşhur milyarderlərindən biri Brenson dünyasını dəyişəndən sonra varidatının tam əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdə yaşayan yoxsullara yardım, habelə texnoloji və elmi araşdırmalara dəstək məqsədilə xeyriyyə fondlarına verilməsini vəsiyyət edib.

Bu hərəkatın baniləri dünyanın ən zəngin adamları siyahısında yer alan amerikalı milyarderlər Bill Geyts və Uorren Baffetdir.

Riçard Brensonun dediyinə görə, onun qərarını arvadı Coan və qızı Holli də dəstəkləmişlər.