Məşhur modelyerin “Qarabağ kolleksiyası” “Vogue” jurnalında

Məşhur modelyerin “Qarabağ kolleksiyası” “Vogue” jurnalında
Oxunma sayı: 827

Bu ilin əvvəllində almaniyalı dizayner, Berlində yaşayan Leoni Mergenin 2017 - Payız/Qış kolleksiyasının təqdimatı keçirilib. Modelyerin Berlində “Mercedes-Benz”, daha sonra isə Londonda keçirilən moda həftələrində təqdim olunan kolleksiyası modelyerlər, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Qarabağ Kolleksiyası” (Karabakh Collection) adlanan bu layihə öz əsasını Azərbaycanın Qarabağ bölgəsindən götürür.

"Qafqazinfo" xəbər verir ki, Leoni Mergen “Qarabağ Kolleksiyası”nı Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoni Mergenin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Kolleksiyanın uğur qazanması nəticəsində Britaniyanın “Vogue” jurnalının sentyabr buraxılışının “Dizayner profile” bölməsində geniş yer ayrılıb. Burada dizayner haqqında ətraflı məlumat verilir və “Qarabağ Kolleksiyası”nın zərif ipəklə işlənmiş ən gözəl geyimlərindən biri təqdim olunur. Daha sonra jurnalın İnternet səhifəsində London podiumundan hazırlanan videomaterial yerləşdirilib.

Britaniyanın “Vogue” jurnalının sonuncu buraxılışı xüsusilə əlamətdardır. Belə ki, bu, 25 il jurnalın redaktoru olmuş Aleksandra Şulmanın rəhbərliyi altında işıq üzü görən son buraxılışdır. Qeyd edək ki, “Vogue” jurnalının dövriyyəsi 22 min nüsxə təşkil edir və bir milyona yaxın  oxucu auditoriyası var.  

Əlavə məlumat əldə etmək üçün  www.leoniemergen.com səhifəsini tıklaya bilərsiniz.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi