Məşhur müğənni 1 ildən sonra xərçəngə qalib gəldi- - Video

meshur-mugenni-1-ilden-sonra-xercenge-qalib-geldi-
Oxunma sayı: 3029


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə müğənni əvvəl Latviyada keçdiyi reabilitasiya, sonra isə Çində aldığı növbəti müalicə kursundan sonra özünü yaxşı hiss edir. Onun xəstəliyi artıq azalmağa başlayıb, həkimler onda uzunmüddətli remessiya hiss edirlər. Janna xaricən gözlə görünən dərəcədə dəyişib: arıqlayıb, əlillər üçün olan arabadan imtina edərək artıq özü gəzir və görmə qabilliyəti bərpa olunub. Bildirilir ki, uğurlu müalicədən sonra o, demək olar ki, normal həyata qayıdıb.

J. Friske artıq Moskva küçələrində görünməyə başlayıb, maqazin və restoranları ziyarət edir. Ona yanvarın 20-si “beyin xərçəngi” diaqnozu qoyulmuş və bu barədə onun vətəndaş nikahında olduğu həyat yoldaşı teleaparıcı Dmitri Şepelyov bildirmişdi. O, Jannanın müalicəsi üçün böyük məbləğdə pulun lazım olduğunu, insanları soyuqqanlı olmamağa və dualarını əksik etməməyə çağırmışdı. Rusiyanın birinci kanalı və Rusfond müğənni üçün lazım olan məbləği toplaya bilmişdi.

Qeyd edək ki, Janna Friskeyə ankoloji diaqnozun qoyulmasından 1 ildən çox vaxt keçib. Xəstəlik aşkarlananda 4-cü mərhələdə idi. Müğənni ABŞ-da müalicə alərkən ona eksprimental nano-vaksinlər vuruldu. Möcüzə vaksinlər ona kömək etdi, halbuki əvvəlcə həkimlər operativ müdaxilədən imtina edərək, mühavizəkar müalicəni təklif edirdilər.