Məşhur müğənni fanat hücumuna məruz qaldı - Fotolar

meshur-mugenni-fanat-hucumuna-meruz-qaldi-fotolar
Oxunma sayı: 654

Konsert həm də müğənninin fanatları ilə görüşü ilə yadda qalıb. Müğənninin mahnılarını əzbərdən səsləndirən pərəstişkar isə Zamiqin albomunu əldə ediblər. Onunla şəkil çəkdirmək istəyən qızlar əsl izdiham yaşadıblar. Fanat hücumuna məruz qalan müğənni oxuduqdan dərhal sonra məkanı tərk etmək məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, aparıcı Murad Arif olduğu konsert proqramında Zamiqin çıxışından sonra səhnəyə xalq artisti Brilliant Dadaşova təşrif buyurub. Estrada ulduzu da 30 dəqiqəlik çıxışı ilə tamaşaçılarını əyləndirib.