Məşhur müğənni həbs olundu

meshur-mugenni-hebs-olundu
Oxunma sayı: 1140

Çikaqo polisi məşhur amerikalı müğənni R. Kellini (Ar Kelli) həbs edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 52 yaşlı musiqiçi cinsi istismarda təqsirləndirilir. Bu barədə Çikaqo polisinin rəsmi nümayəndəsi Entoni Qulyelmi tvitterdə məlumat verib.

Kelli fevralın 23-də hakim qarşısına çıxacaq. Onun qurbanlarının 13-16 yaş arası qızlar olduğu bildirilir.

İllinoys ştatının qanunlarına görə, bu cinayət maddəsi üzrə maksimal cəza 7 ildir.