Məşhur müğənni xəstəxanaya yerləşdirildi

meshur-mugenni-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 3790

Rus müğənni Svetlana Loboda şiddətli mədə ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Starhit”ə istinadən xəbər verir ki, 36 yaşlı ifaçıdan hazırda analizlər götürülür.

Vəziyyəti orta ağır olan ifaçının analiz nəticələri yaxşı çıxmayacağı təqdirdə əməliyyat edilə biləcəyi açıqlanıb.

Qeyd edək ki, Lobodanın 25, 26 və 28 oktyabr tarixlərində Moskvada konsertləri planlaşdırılmışdı. Onun səhhəti düzəlməzsə konsertlər təxirə salına bilər.