Məşhur müğənninin 10 il əvvəl cinsiyyətini dəyişdiyi üzə çıxdı - Fotolar

meshur-mugenninin-10-il-evvel-cinsiyyetini-deyisdiyi-uze-cixdi
Oxunma sayı: 7550

“Eller kadir kıymet bilmiyor anne” mahnısı ilə 80-ci illərə damğa vuran Hakan Arslanın 10 il əvvəl cinsiyyətini dəyişdiyi üzə çıxıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bu barədə müğənni özü ilk dəfə sənətçi Onur Akaya danışıb. Adını Eyləm Erenerə dəyişən müğənni əməliyyatı Tailandda keçirib: 

“Xaricdə dəyişməyə qərar verdim və 10 il əvvəl Tailandda əməliyyat oldum. Özümü belə rahat hiss edirəm. İzmir və İstanbulda yaşayıram. Dinləyicilərdən bəzən tanıyan olur. Sevgi və hörmətlə yanaşırlar.