Məşhur müğənninin avtobusunda silah və narkotika aşkarlanıb

meshur-mugenninin-avtobusunda-silah-ve-narkotika-askarlanib-
Oxunma sayı: 649

"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfə Biberin konsert avtobusundan narkotik və silah aşkarlanıb.

Müğənninin avtobusu Stokholmda polislər tərəfindən saxlanılıb və avtobusun içərisindən idxalı qadağan olunmuş predmentlər aşkar olunub. Silahın elektroşok olduğu aydınlaşsa da, narkotikanın olduğu təsdiqlənib.

Qeyd edək ki, müğənni həmin anda səhnədə olub. Avtobusda ancaq onun komandası olub.

Biber xəbərlə bağlı artıq "Twitter"də şərh yazıb: "Mənim haqqımda olan belə şayiələri insanların sayıqlaması kimi qəbul edirəm! Hər necə olsa da... musiqiyə qayıdıram".