Məşhur müğənninin qızı maliyyəçiyə ərə getdi - Fotolar

meshur-mugenninin-qizi-maliyyeciye-ere-getdi
Oxunma sayı: 4123

Dünya şöhrətli rus müğənni Valeriy Meladzenin böyük qızı, 26 yaşlı İnqa maliyyəçi Nori Verqizeyə ərə gedib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, İnqa ilə Nori 10 il öncə Böyük Britaniyada “King's Ely” məktəbində təhsil alarkən tanış olublar. Birlikdə “Oksford” universitetinə daxil olan cütlük 2015-ci ildə ailə qurmaq qərarına gəlib.

Cütlüyün ötən həftə Moskvada hotellərdən birində dəbdəbəli toy mərasimi keçirilib. Mərasimdə Rusiya şou-biznesinin məşhur simaları iştirak ediblər.

Əslən Mərakeşdən olan Nori bu gün özünə doğma vətənində də toy edib.