Məşhur musiqiçi barda konsert verib öldü

meshur-musiqici-barda-konsert-verib-oldu
Oxunma sayı: 1606

65 yaşlı məşhur amerikalı gitara ifaçısı Den Uorner dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Billboard” nəşri xəbər verib.

Musiqiçi Hollivudda “Shenanigans” barında təşkil olunmuş konsertindən dərhal sonra həyatını itirib. Belə ki, çıxışını başa vurduqdan sonra pilləkanları düşən Uorner qəfl yıxılıb və ölüb. Onun ürəktutmadan vəfat etdiyi ehtimal olunur.  

Qeyd edək ki, Den Uorner Maykl Cekson, Madonna, Şakira kimi dünya ulduzları ilə çalışıb. O, “Qremmi” mükafatı sahibidir.