Məşhur musiqiçi intihar edibmiş

Məşhur musiqiçi intihar edibmiş
Oxunma sayı: 37

“Soundgarden” və “Audioslave” qruplarının solisti, amerikalı musiqiçi Chris Cornellin intihar etdiyi məlum olub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl dünyasını dəyişən rok ulduzunun özünü asaraq öldürdüyü ortaya çıxıb. 

Bu, tibbi ekspertiziyanın nəticələrindən bəlli olub. 

Xatırladaq ki, sənətçinin meneceri Brian Bumbery açıqlamasında rokçunun anidən öldüyünü bildirmişdi. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi