Məşhur politoloq Putinin Azərbaycan planlarından danışdı

meshur-politoloq-putinin-azerbaycan-planlarindan-danisdi
Oxunma sayı: 2055


Əgər əvvəllər qərbyönümlü Azərbaycana təzyiq vasitəsi kimi Ermənistan dəstəklənir, Gürcüstana qoşun yeridilirdisə, indi fikrimcə, Putin daha sərt addımlara gedəcək. Əvvəlcə o, Azərbaycana ”kökə və qamçılardan" ibarət yeni proqram təqdim edəcək, etnik azlıqların protestlərini maliyyələşdirəcək və Ilham Əliyev hökumətinə isə Qərblə əməkdaşlıqdan birdəfəlik imtina şəraitində tam dəstək söz verəcək. Təssüflər olsun ki, Minsk qrupu həmsədrlərinin fəaliyyəti effektiv deyil. Burada rusiyalı həmsədrin olması faktoru bu fəaliyyətsizliyi səciyyələndirən heç də sonuncu amil sayıla bilməz. Rusiya münaqişənin həllini istəmir və status-kvo onun üçün əsl hədiyyədir. Nə qədər ki Ermənistan Rusiyanın müttəfiqidir, bu tipli danışıqların ədalətli sülhə gətirib çıxaracağına inanmaq sadəlövhlükdür. Ola bilər ki, Putinin aqressiv siyasəti Qərb və ABŞ-ın bu münaqişənin Rusiyasız həlli yollarını axtarmağa sövq etməsi ilə nəticələnsin"- deyə Pol Qobl bildirib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Pol Qoblun fikirlərində həqiqət payı çoxdur, ancaq etnik azlıqların Azərbaycana təsir vasitəsi böyük deyil: “Rusiyanın Azərbaycana təsir mexanizmləri nəzərdən keçirilərkən, etnik faktorlar həmişə nəzərə alınmalıdır. Ancaq reallıq ondan ibarətdir ki, indiki halda Rusiyanın Azərbaycanın şimal bölgəsində hər hansı ciddi separatçı hərəkətlər yaratmaq imkanı məhduddur. Bir neçə il öncə Rusiyanın himayəsi ilə ”Sadval" təşkilatı formalaşmışdı və Rusiya xüsusi xidmət orqanları tərəfindən yönləndirilirdi.  Ancaq “Sadval” şimal bölgəsində təşkilatlanıb özünə dayaqlar tapa bilmədi. Bu, eyni zamanda onunla bağlıdır ki, Azərbaycanın şimal bölgəsində yaşayan qeyri-türklər Azərbaycana münasibətdə separatçı meylli deyillər və Azərbaycandan ayrılmaq istəklərini ifadə etməyiblər.  Ümumiyyətlə, Azərbaycanda etnik zəmində ayrı-seçkilik olmayıb və buna görə də ciddi narazılıqlar baş verməyib. Yəni Rusiya separatçı hərəkətlər təşkil etmək üçün müəyyən fərdlər tapa bilər, ancaq kütləvi şəkildə etnik qrupları bu prosesə cəlb etmək mümkün deyil. Həm də bu xalqlar üçün Rusiya bu gün o qədər də cəlbedici deyil".

Ekspert onu da əlavə etdi ki, Rusiya Qarabağ münaqişəsinin indiki statusda qalmasında maraqlıdır: “Rusiyanın təhlükə yaradacağı məkan Qarabağ ola bilər. Yayılan məlumatlara görə, Dağlıq Qarabağda məskunlaşmış ermənilərə Rusiya vətəndaşlığı təklif olunur və onlara pasport paylanılır. Əgər bu xəbər təsdiqin tapsa, Krım, Dnestryanı kimi Qarabağ məsələsində də Rusiyanın Azərbaycanın maraqlarına zidd mövqe sərgiləyəcəyi gözləniləndir. Pol Qobl haqlı olaraq bildirir ki, münaqişənin həll edilməməsi Rusiya faktoru ilə bağlıdır. Rusiyanın Minsk qrupunda təmsil olunması da bu münaqişəyə nəzaərət etmək üçündür. Qarabağ məsələsinin indiki statusda qalması Rusiyanın strateji maraqlarına uyğundur. Rusiyanın bu prosesə təsir imkanları zəifləməyənə qədər, münaqişənin həlli perspektivləri real görünmür”.

azadliq.info