Məşhur prodüser kimyəvi maddədən zəhərləndi

meshur-produser-kimyevi-maddeden-zeherlendi
Oxunma sayı: 1000

Rusiyanın məşhur musiqi prodüseri Bari Alibasov kimyəvi maddədən zəhərlənib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, evində qəfil halı pisləşən prodüser təcili yardımla xəstəxanaya çatdırılıb. Prodüserin oğlu atasının başına gələnləri belə danışıb:

“Həyati təhlükəsi yoxdur. Atam şirə əvəzinə stolun üstündəki boru təmizləyici maddəni içib. Maddəni də təsadüfən udub”.