Məşhur prodüserə bıçaq çəkən qadın imiş

meshur-produsere-bicaq-ceken-qadin-imis
Oxunma sayı: 670

T.Səmədova başına gələnləri Milli.Az-a danışdı. O bildirdi ki, dünən saat 22 radələrində maşınını restoranlardan birinin qarşısında saxlayaraq marketə girib. Oradan çıxan zaman tanışı Raziyə və onun qızı Lalə Nəsibovalarla rastlaşıb.

Onlar Təranəni söhbət etmək üçün yolun kənarındakı qaranlığa çəkiblər. Raziyə ona: “Sən gələcəyini fikirləş, mənimlə kəllə-kəlləyə gəlmə”, - deyərək üstünə hücum çəkib. Bundan istifadə edən qızı Lalə isə bıçaq çıxararaq onu vurub. Geri çəkildiyindən bıçaq kürkünü deşsə də, bədəninə xəsarət yetirməyib. Bundan sonra Lalə onun əlindən içərisində 120 manat və qızıl üzük olan pul kisəsini alaraq qaçıb.

T.Səmədova qeyd etdi ki, özünə gələndən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib və ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Prodüser əlavə etdi ki, Raziyə və Lalə polis bölməsinə gətiriliblər.