Məşhur prodüserin adı daha bir qalmaqalda

meshur-produserin-adi-daha-bir-qalmaqalda
Oxunma sayı: 647

Milli.Az xəbər verir ki, aylardan bəri uğurlu əməkdaşlıqlarını davam etdirən tanınmış estrada müğənnisi Günay İbrahimli ilə populyarlığına görə ulduzlardan heç də fərqlənməyən prodüser Təranə Səmədovanın yollarını ayırmaları haqqında dolaşan söz-söhbətlər hər iki tərəfi xeyli hirsləndirib.

Bu barədə Təranə özü oxucularımızı məlumatlandırdı: "Məlumdur ki, bu, işbirliyimizi həzm edə bilməyən bədxahların əməlləridir. Amma ürəklərini buz kimi saxlasınlar. Günayı çoxdan doğmam kimi qəbul etmişəm.

Şayiələr işbirliyimizə qətiyyən mənfi təsir göstərmir. Qoy kim nə istəyir yazsın, desin, biz öz işimizdəyik. Günay hit ardınca hit oxuyub tamaşaçı sevgisi qazanmaqdadır. İfası ilə çoxlarını yandırırsa, bu, ayrı söhbətin mövzusudur".