Məşhur prodüserin pişiyinə 150 minlik təklif

meshur-produserin-pisiyine-150-minlik-teklif
Oxunma sayı: 1676

Rusiyanın tanınmış prodüseri Bari Alibasovun Çuça ləqəbli pişiyi çəkiliş üçün 150 min ABŞ dolları dəyərində təklif alıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda prodüserin nümayəndəsi Vadim Qorjankin “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.

Qorjankinin sözlərinə görə, heyvan itkin düşdüyü vaxt çox məşhurlaşıb. Prodüserin nümayəndəsi bildirib ki, Çuça ilə təkcə qida və aksessuar istehsalçıları yox, həm də parfüm brendi, detektiv agentliyi və digər şirkətlər maraqlanıb.  

Qorjankin qeyd edib ki, bu məsələdə son qərarı Alibasovun özü verəcək.

Xatırladaq ki, prodüser Bari Alibasov səhhəti ilə əlaqədar bir müddətdir ki, xəstəxanada müalicə alır.