Məşhur proqramı Leyla aparacaq

meshur-proqrami-leyla-aparacaq
Oxunma sayı: 3382

Ötən gündən etibarən seçim turlarına start verilən “Səs Azərbaycan”ı aparan şəxsin adı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tezliklə yayıma başlayacaq məşhur şounu Leyla Əliyeva aparacaq. Münsiflərin kimliyi isə hələ ki, mətbuata açıqlanmayıb. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə “Səs” yarışması 2015-ci ildə AzTV-nin efirində yayımlanıb. Qalib Emiliya Yaqubova olub.

Münsiflər isə Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva olub.