Məşhur prospekt avqusta qədər hazır olsa - Tarixə düşəcək

Məşhur prospekt avqusta qədər hazır olsa
Oxunma sayı: 4886

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Babək prospektinin yenidən qurulması işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, uzunluğu 8.7 km olan yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlayıb.

Agentlik bildirib ki, yolun ümumilikdə yenidənqurma işlərinin 2018-ci ilin ikinci yarımilinədək yekunlaşdırılması nəzərdə tutulub.

Təmir işləri üçün ayrılan vaxtın qısa olması ekspertlərin gözündən yayınmayıb. Belə ki, ekspert İlham Şaban bu müddətin ölkənin avtomobil yollarının təmiri üçün mühim qiymətləndirib. O bildirib ki, əgər həqiqətən bu müddətə işlər başa çatsa, Azərbaycan yollarında fantastik bərpa sürəti olacaq.

Digər bir ekspert Samir İsmayıl isə bu sürətlə təmir işləri aparılarsa, günə 33 m düşdüyünü vurğulayıb:

“Təmirin 2 ay əvvəl başladığını nəzərə alsaq 1 aya 1 km, bir günə isə 33 metr düşür”.

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hazırda əsas məqsədin prospektdəki yenidənqurma işlərini maksimum dərəcədə sürətlə görmək olduğunu bildirib: 

“Prospektdə təmir işləri aidiyyatı qurumlar - “Azərsu” ASC, “Azərişıq” ASC – lə birlikdə aparırıq. Həmin qurumlar da  təmirin sürətli getməsi üçün əsas qüvvələrini prospektə ayırıb. Təmir prosesinin nəzərdə tutulmuş zamanda bitməsi üçün hava şəraitindən də çox şey asılıdır. Babək paytaxtın əsas prospektlərdən biridir və bu işlər yüksək sürətlə davam etməlidir ki, nəqliyyat axınına o qədər də təsir etməsin”.

Günel Hacı




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi