Məşhur rejissor öldü, prezident başsağlığı verdi

meshur-rejissor-oldu-prezident-bassagligi-verdi
Oxunma sayı: 2750

Rusiyanın tanınmış rejissoru, SSRİ xalq artisti Georgi Daneliya 88 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə sənətkarın həyat yoldaşı Qalina Daneliya bildirib. Rejissor ürəktutmasından vəfat edib. 

Rusiya prezidenti Vladimir Putin Daneliyanın ölümü ilə bağlı başsağlığı verib. 

Qeyd edək ki, Daneliya “Moskva boyunca gəzirəm”, “Otuz üç”, “Afonya”, “Mimino”, “Payız marafonu”, “Kin-dza-dza” kimi məşhur filmlərin rejissorudur.