“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hind əsilli Hollivud rejissoru Şekhar Kapur qondarma erməni qoyqırımına dair film çəkmək niyyətindədir.
“İrəvana (Ermənistanın paytaxtına) gedirəm. Görəsən Hindistanda erməni icması var? 1915-ci il hadisələrini, ermənilərin qətliamını öyrənmək üçün Ermənistana getməyə hazırlaşıram. Ola bilsin ki, bu haqda sonra film çəkim”, - Kapur “Twitter” səhifəsində yazıb.