Məşhur rejissor vəfat etdi - “Rokki”ni o çəkmişdi

Məşhur rejissor vəfat etdi
Oxunma sayı: 73

Dünyada izlənmə rekordları qıran “Rokki” və “Karateçi uşaq” filmlərinin rejissoru Con Avildsen 81 yaşında ölüb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən rejissor Los-Ancelesdə vəfat edib.

Onun ölüm xəbərini “Rokki”nin baş rol ifaçısı, məşhur aktyor Silvestr Stallone sosial mediada paylaşıb:

“Hər şeyimi ona borcluyam. Həvəsi, səbri və cəsarəti ilə həyatımı dəyişdi”.

Qeyd edək ki, Avildsen “Rokki” filmi ilə “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyalarında “Oskar” mükafatı qazanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi