Məşhur repçi 15 milyon ziyana düşdü

meshur-repci-15-milyon-ziyana-dusdu
Oxunma sayı: 851

Dünyaca məşhur repçi 50 Cent 2007-ci ildə 18 milyon dollara aldığı 21 otaqlı villasını 3 milyon dollara satıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həqiqi adı Curtis James Jackson olan 43 yaşlı ifaçı “Connecticut” əyalətindəki malikanəsini satmaq qərarına gəlib. 

O, məşhur boksçu Mayk Taysondan aldığı mənzili qat-qat ucuz qiymətə yeni sahibinə həvalə edib. Bununla da, repçi 15 milyon ziyana düşüb.