Məşhur reper həbs olunub

meshur-reper-hebs-olunub
Oxunma sayı: 2186

Amerikalı tanınmış reper "Nelli" ləqəbli Kornel Haynes polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TMZ təhlükəsizlik orqanlarında istinadən məlumat yayıb.

Məlumata əsasən, şənbə günü səhər qadın polisə müraciət edib. O, Vaşinqtonda qastrolda olan reperin avtobusunda zorlandığını bildirib. Qadın ona təcavüz edən şəxsin məhz reper Nellinin olduğunu vurğulayıb.

Kornel Haynes artıq polis tərəfindən saxlanılıb.

İfaçının vəkili isə ittihamın saxta olduğunu söyləyib.