Məşhur rəqs qrupu Bakıda - Fotolar

meshur-reqs-qrupu-bakida-fotolar
Oxunma sayı: 655

Danimarkanın dünyaca tanınmış rəqs qrupu olan National Danish Perfomance Team (NDPT) Azərbaycanın paytaxtı Bakının qonağı olacaq.

“Qafqazinfo”nun məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəvəti ilə şəhərimizə təşrif buyuracaq və ifalarında əsasən akrobat rəqslərinə üstünlük verən rəqs qrupunun Bakıda bir neçə çıxışları olacaq. 10 günlük səfər çərçivəsində Danimarka rəqqasları Bakıda master-klasslar keçəcək, mədəni əlaqələrin qurulması yönündə bir sıra görüşlər baş tutacaq. Eləcə də dünya turneləri çərçivəsində oktyabrın 8-də Bakıda, Əl Oyunları Sarayında özlərinin gimnastika və akrobatika şousunu nümayiş etdirəcəklər. Yadda qalan şou saat 19:00-da başlayacaq.

Konsertdən bir neçə gün əvvəl qrup yerli media mənsubları ilə görüşəcək və onların müvafiq suallarını cavablandıracaq.

Dünyanın bir çox ölkələrində öz şouları ilə böyük maraq qazanan National Danish Perfomance Team, 18-28 yaş arasında 28 gənc atletdən ibarətdir. Qrup hər il tur menecerleri ilə bərabər dünya turuna çıxır və konsertləri çox böyük miqyasda təşkil olunur.

Aynur Babayeva