Məşhur restoran sahibinə 100 min “atdılar”

meshur-restoran-sahibine-100-min-atdilar
Oxunma sayı: 1974

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İlham Mahmudovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses martın 12-də davam etdiriləcək.

İttihama görə, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlidən 100 min manatdan artıq dəyəri olan kran və digər avadanlıqları götürərək qaytarmayıb. O, istintaq zamanı həbs edilməyib.

Murad Əhməd