Məşhur restoranın əmlakı müsadirə oluna bilər

meshur-restoranin-emlaki-musadire-oluna-biler
Oxunma sayı: 640

Nazirliyin Analitik-informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, fiziki şəxsin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 8 min 162,8 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, 2013-cü il yanvar ayının 31-də yaranmış vergi borcu ilə əlaqədar ona bildiriş göndərilib, lakin borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən K.Axundovun bank hesabına sərəncam qoyulub. Martın 2-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Mağaza sahibi borcun 1700 manat məbləğində olan hissəsini yerindəcə ödədiyindən, 6 min 732 manat məbləğində ərzaq məhsulları müəyyən edilmiş qaydaya uyğun olaraq siyahıya alınıb.

Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 2 ünvanında yerləşən və Abbasov Zeynalabdin Abbas oğluna məxsus “Filiz” şadlıq sarayında da əmlakın siyahıya alınması tədbiri keçirilib, vergi ödəyicisinin 1005 manatlıq borcu müqabilində obyektdəki 1140 manat məbləğində mebel avadanlığı müvafiq qaydada siyahıya alınıb.