Məşhur Rinoplastika həkimi Gəncə Beynəlxalq Xəstəxanasında - Video

Məşhur Rinoplastika həkimi Gəncə Beynəlxalq Xəstəxanasında
Oxunma sayı: 1520

Qafqazda bir çox yeniliklərə imza atan Gəncə Beynəlxalq Xəstəxanası ölkə səhiyyəsində növbəti bir ilki gerçəkləşdirməyə hazırlaşır.

"Qafqazinfo" xəbər verir ki, 25 noyabr tarixində Azərbaycanda ilk dəfə Gəncə şəhərində məşhur Rinoplastika (Estetik burun əməliyyatı) həkimi, “Burun Okulu”nun təsisçisi, estetik burun əməliyyatı üzrə yeni metodikalar və texnikalar icad etmiş, 2.000-dən çox rinoplastika üzrə mütəxəssis yetişdirmiş, bir çox patent sahibi, beynəlxalq tibbi konfransların məruzəçisi Türkiyədən dəvət olunmuş Op. Dr. Süreyya Şeneldirin rəhbərliyi ilə 15. “Burun Okulu” Workshop-u keçiriləcək.

Workshop çərçivəsində iştirakçılar ən son üsullarla icra olunacaq burun əməliyyatları konfrans zalındakı monitorlar vasitəsilə canlı izləmə fürsəti əldə edəcək. Xüsusi səs və mikrofon sistemi vasitəsilə iştirakçılar həm əməliyyatın şərhini eşidə, həm də öz suallarını həkimə istiqamətləndirə biləcək. Workshop sonunda iştirakçılara “Rhinoplasty School” sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, Gəncə Beynəlxalq Xəstəxanası Qafqazda Joint Commission International tərəfindən akkreditə edilmiş ilk xəstəxana adını qazanma şərəfinə nail olaraq, dünyanın ən yaxşı tibb mərkəzləri siyahısına daxil olmuşdur. Xəstə təhlükəsizliyi, tibbi xidmət keyfiyyəti, kadrların bilik, təcrübə və peşəkarlığına xəstəxana tərəfindən verilən əhəmiyyət olduqca yüksəkdir.

Gəncə Beynəlxalq Xəstəxanasında mütəmadi olaraq keçirilən bu cür tədbirlər yerli kadrların tibbdə baş verən ən son yeniliklər haqqında məlumatlanmasına və xarici həmkarlarıyla təcrübə mübadiləsinin həyata keçirilməsinə şərait yaradır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi