Məşhur robot Sofiya Azərbaycanda çıxış edəcək

meshur-robot-sofiya-azerbaycanda-cixis-edecek
Oxunma sayı: 2526

27-28 oktyabr tarixlərində FA International Trade Events və Keepface DMCC şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” konqressində məşhur robot Sofiya da çıxış edəcək.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, Sofiya Azərbaycan milli geyimində səhnəyə çıxacaq.

Tədbir Bakı Konqress Mərkəzində baş tutacaq.

Qlobal şirkətlərin nümayəndələrinin iştirak edəcəyi konqresdə 3500 nəfər iştirakçı nəzərdə tutulub.

Tədbir zamanı iştirakçılar fərqli panel mövzuları müzakirə ediləcək. İştirakçılar dünyanın 30 ölkəsindən dəvət ediləcək investorlarla görüş imkanı da əldə edə biləcəklər.