Məşhur Rusiya xoreoqrafı Bakıda

meshur-rusiya-xoreoqrafi-bakida
Oxunma sayı: 737

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrınının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrının dövlət sifarişi ilə hazırlanan tamaşa üzərində hazırda qızğın yaradıcılıq işləri aparılır.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidze, bəstəkarı Firudin Allahverdidir.
Əsas rollarda xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Kubra Dadaşova, Şövqi Hüseynov, Nofəl Vəliyev, Vahid Əliyev, İlqar Cahangirov, aktyorlar Günel Məmmədova, Kəmalə Hüseynova, Asya Atakişiyeva, Nicat Kazımov, Elnur Hüseynov, Qurban İsmayılov, Elşən Rüstəmov, Elnur Kərimov, Rasim Cəfərov, Mirzəağa Mirzəyev və başqaları çıxış edəcəklər.

Nərgiz Ehlamqızı