Məşhur serial efirlə vidalaşır? - Qalmaqal

Məşhur serial efirlə vidalaşır?
Oxunma sayı: 3176

Kolombiyalı narkotik baronu Pablo Escobarın həyatından bəhs edən “Narcos” serial ətrafında böyük qalmaqal yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı Carlos Muniz Portalın bir neçə həftə bundan əvvəl güllələnərək öldürülməsi serialın aktyor heyətini təşvişə salıb. 

Pordakşın əməkdaşının ölümündən sonra qorxuya düşən məşhurlar serial çəkən prodüserlərə etiraz ediblər. 

Bildirilib ki, onlar serialın Meksikanın ən təhlükəli ərazisi olan Temascalapada çəkildiyini, ölümlə üz-üzə olduqlarını bildiriblər. 

“Narcos”un baş qəhrəmanı Pedro Pascal mövzu ilə bağlı açıqlama verib. O, “Əgər təhlükəsizlik yüksək səviyyədə təşkil olunmasa çəkilişlərə davam etməyəcəyik. Biz canımızı qorumalıyıq. Əgər serialda rol almağımızı istəyirlərsə, bir addım atsınlar” deyə bildirib. 

4-cü mövsümə hazırlaşan serialın yenidən yayımlanacağı hələlik sual altındadır. 

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi