Məşhur serialda gözlənilməz ayrılıq

meshur-serialda-gozlenilmez-ayriliq
Oxunma sayı: 820

“Star Tv”də yayımlanan və 12-ci seriyasından sonra mövsüm tətilinə çıxan “Söz” serialında gözlənilməz ayrılıq baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Zafer Yaman obrazını cannlandıran “Survivor” yarışmasının qalibi, “Avatar” ləqəbli Atakan Arslan ekran işindən ayrıldığını açıqlayıb.

Atakan izləyicilərinə və onu dəstəkləyənlərə təşəkkür edib və yeni layihə ilə ekrana qayıdacağını bildirib. Ayrılığın səbəbi isə bildirilməyib.

Qeyd edək ki, “Söz” serialının yeni seriyaları sentyabrdan etibarən yayımlanacaq.