Məşhur serialın çəkiliş meydançasından 300 minlik oğurluq

meshur-serialin-cekilis-meydancasindan-300-minlik-ogurluq
Oxunma sayı: 2271

Mövsümə iddialı başlayan “Çukur” serialının çəkiliş meydançasından oğurluq edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğrular çəkiliş meydançasındakı avtomobilin içindən dəyəri 300 min lirə (təxminən 129 min manat) olan səs cihazlarını aparıblar.

Serialı çəkən prodakşının rəhbəri Kamal Çətin Öztəp səs cihazlarını oğurlayan şəbəkəni tapıb. Daha sonra şəbəkə ilə əlaqə yaradıb və cihazları ala biləcəyini söyləyib. K.Öztəp şəbəkə ilə razılığa gələrək görüş təyin edib və bu barədə polisləri də məlumatlandırıb. Görüş zamanı isə polislər Yılmaz A.-nı yaxalayıb. Onun ilkin ifadəsinə əsasən şəbəkənin digər üzvləri Seçkin Z. və Mustafa M.-də həbs edilib.

Səs cihazları isə prodakşına geri qaytarılıb.