Məşhur serialın iki qəhrəmanı sevgili oldu

meshur-serialin-iki-qehremani-sevgili-oldu
Oxunma sayı: 4193

“Fazilet hanım ve kızları” serialının baş qəhrəmanları Çağlar Ertuğrul və Afra Saraçoğlu eşq yaşamağa başlayıblar.  

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ekran işinin Yağız və Ecesi çəkiliş zamanı aralarında səmimi münasibət yaranmağa başlayıb.

Onlar daha sonra sevgili olmaqları barədə bir qərara gəliblər.  Hətta 20 yaşlı Afra rəsmi instaqram hesabının hekayə bölməsində Çağların fotolarını paylaşır. O, bu addımı ilə yayılan xəbərləri bir növ təsdiq edir.