Məşhur serialın qızlarımıza təsiri... - İndi də bu idmana gedirlər

Məşhur serialın qızlarımıza təsiri...
Oxunma sayı: 8780

Türkiyədə bu sezon ən çox baxılan və müzakirə olunan “Ufak tefek cinayetler” serialının Azərbaycanda kifayət qədər izləyicisi var. Ekran işində 4 rəfiqənin Oya (Gökçe Bahadır), Mərvə (Aslıhan Gürbüz), Pelin (Bade İşçil) və Arzunun (Tülin Özen) həyatı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 

Xanımlarımız serialdan sonra təkcə geyimlərində deyil, həyat tərzlərində də dəyişiklik edib onlara bənzəməyə çalışırlar.  

"Qafqazinfo" xəbər verir ki, sözügedən layihədən sonra Bakıda pilatesə maraq artıb.  Ekran işində baş obrazların gündəlik həyat tərzinə çevrilən bu idman növü xanımlarımızı da cəlb edib. 

Yerli məqşçilər də serialdan sonra həmin idman növünə böyük bir axının olduğunu qeyd ediblər. Bu məqamda bildirək ki, pilates adətən elit təbəqənin ən çox müraciət etdiyi əyləncə növüdür. 

Bəs pilates nədir?

Pilates —tapşırıqlar sistemidir, hansı ki, ilk dəfə Yozef Pilates əzələ korsetinin inkişafı üçün hazırlanmışdı. Yozef əvvəlcə özü üçün bu sistemi kəşf edib, amma nəticədə onun əsgərlərin bərpası üçün, həmçinin akrobatların hazırlığı üçün tətbiq etməyə başlayıb.

Pilatesin faydaları...

Orqanizm üçün pilatesin xeyri həddindən artıq çoxdur. Hamar hərəkətlər dartmağa və əzələləri bərkitməyə kömək edir. Bu halda orqanizmin bütün bölmələrinin uyğunlaşdırılmış işi əldə edilir. Pilatesdə ən vacib — tapşırıqların icra edilməsinin keyfiyyəti, və sürət deyil və ya təkrarların miqdarı.

Onda pilates xüsusiyyəti ki, məşqlərdə hətta xırda və dərin əzələlər işlənir, hansılar ki, adətən "işsiz" tapşırıqların standart dəstinin icrası vaxtı qalırlar.

Pilates fiziki hazırlığın bütün səviyyələri üçün yarayır. Pilates onlara mükəmməl yaxınlaşır, kim osteoxondrozdan əzab çəkir, axı yerinə yetirilən tapşırıqlar ona çox ehtiyatla yanaşır. Pilates onlara məsləhət görülmüşdür, kim kürəkdə, boyun bölməsində və çiyinlərdə xroniki ağrılardan əzab çəkir. Hadisələr məlumdur, nə vaxt ki, pilatesın köməyi ilə insanlar bu ağır naxoşluqlardan tamamilə sağalırlar. 

Azərbaycanda tanınmış pilates məşqçisi Gülnar Vəliyeva sözügedən serialın yayımından sonra xanımların pilatesə marağının artdığını söyləyib:

“Son zamanlar pilatesə maraq çox artıb. Bu idman növü bədənin daha estetik görünməsinə kömək edir. Qısaca, pilates ruh və bədən arasında keçiddir. Mən 7 ildir ki, bu işlə məşğulam. Əvvəllər bu idman növü ilə insanlar tanış deyildi. İndi isə kifayət qədər tanınır. Pilatesin tanınmağında sosial şəbəkə və televiziyaların böyük rolu var.

Məsələn, “Ufak tefek cinayetler” serialında bu idman növünün xüsusi reklamı aparılır və xanımlarımız həmin serialdan sonra daha çox maraqlanmağa başlayıblar. Bir çox tələbələrim həmin layihədən sonra bu idman növünə marağının olduğunu söyləyib.  Bu gün fitnesslə məşğul olan tələbələr belə pilatesə keçid ediblər. Tək pilateslə məşğul olan xanımlar həftədə 3 dəfə və 1 saat ərzində bu idmanı edə bilərlər. Ancaq həm fitness, həm də pilates edənlər isə həftədə iki dəfə, yarım saat məşğul ola bilərlər”. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi