Məşhur serialın rejissoru Bakıya gəlir

meshur-serialin-rejissoru-bakiya-gelir
Oxunma sayı: 1616

Azərbaycanda AF Media İncəsənət məktəbinin açılışında iştirak etmək üçün “Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və  “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya dəvət edilib.

“Qafqazinfo” xəbər verir ki, Aprelin 03-də saat 19-00-da  Nizami Kino Mərkəzində keçiriləcək seminarda Ali Bilgin, Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında təcrübəsi ilə bölüşəcək, seminarda iştirak edən incəsənət adamlarının suallarına cavablandıracaq.

Qeyd edək ki,  Nizami Kino Mərkəzinin binasında yerləşən məktəbdə tanınmış türk rejissorları tərəfindən  aktyorluq dərsləri keçirilir.