Məşhur serialın “Suzi”si avronun qurbanı oldu

Məşhur serialın “Suzi”si avronun qurbanı oldu
Oxunma sayı: 5203

Türkiyədə reytinqi yüksək olan “Eşkiya dünyaya hükümdar olmaz” serialında canlandırdığı “Suzi” obrazı ilə tamaşaçıların qəlbini bir daha fəth edən Meryem Uzerlinin serialdan ayrılma səbəbi məlum olub.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, serialda yüksək performans göstərən aktrisa bu layihədə hələ də oynamaq istəməyinə baxmayaraq heyətdən çıxarılmışdı. Onun serialdan çıxarılmasına səbəb kimi hər bölümə görə qonorarını TL ilə deyil, avro ilə almağı olub. Belə ki, avro TL ilə müqayisədə dünya bazarında hər gün bahalaşdıqca istehsalçı şirkət yeni sezona “Suzi”siz başlamaq qərarına gəlib.

 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi