Məşhur serialın ulduzu dünyasını dəyişdi

meshur-serialin-ulduzu-dunyasini-deyisdi
Oxunma sayı: 1444

Amerikalı aktyor, “Beverli-Hillz, 90210” serialının ulduzu Brayan Tyork 49 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Sun” tabloidi xəbər verib.

Nəşr aktyora 1 il əvvəl xərçəng diaqnozunun qoyulduğunu qeyd edib. Bundan xəbər tutan Brayanın həmkarları ona maddi dəstək olmaq üçün xüsusi yardım fondu yaradıb, amma aktyor sağala bilməyib.

Qeyd edək ki, B. Tyork onlarla filmdə çəkilib. O, tez-tez epizodik və ya ikinci plan rolları ifa edib.