Məşhur serialın yayımlanacağı vaxt dəqiqləşdi

meshur-serialin-yayimlanacagi-vaxt-deqiqlesdi
Oxunma sayı: 2891

Maraqla gözlənilən “Taxt oyunları” serialının son sezonun yayımlanacağı vaxt dəqiqləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə HBO kanalı məlumat yayıb.

“Sonuncu 8-ci sezon 2019-cu ildə yayımlanacaq və cəmi 6 serialdan ibarət olacaq”,-deyə məlumatda deyilir.

Qeyd edək ki, “Taxt oyunları” ən məşhur seriallardan biridir və 38 Emmi mükafatı qazanıb.